SON DƏQİQƏ! Bakıda ağaclıq ərazi yanırbackend

SON DƏQİQƏ! Bakıda ağaclıq ərazi yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ağaclıq ərazidə yanğın başlayıb.

Bu barədə  Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.