Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.
Editor.az mərkəzə istinadən yaralıların siyahısını təqdim edir:
1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,
2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,
3. 2010-cu il təvəllüdlü Əlili Əli,
4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,
5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,
6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,
7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,
8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,
9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.
Xəstələrdən 3 nəfər reanimasiyadadır. 1 nəfər neyrotravma, 1 nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
~~~~~
23:28
Bakı-Ələt yolunda ağır avtomobil qəzası baş verib.
Publika.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məumat yayıb.
Qeyd edilib ki, avtobusla minik avtomobilinin toqquşması nəticəsində çoxsaylı yaralılar var: “Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə 7 nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. İçərilərində azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var”.

