SON DƏQİQƏ! Dünyanın ümidlə gözlədiyi xəbər gəldi – 2030-cu ilədək…backend

SON DƏQİQƏ! Dünyanın ümidlə gözlədiyi xəbər gəldi – 2030-cu ilədək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa (COVID-19) qarşı peyvənd istehsal edən Moderna xərçəng peyvəndi üzərində çalışmaların nəticələrini dərc edib.

Şirkət peyvəndin dəri xərçənginə səbəb olan melanomaya qarşı təsirli nəticələr ortaya qoyduğunu açıqlayıb.

Bildirilir ki, Merck tərəfindən hazırlanan “Keytruda” adlı dərman peyvəndlə birlikdə istifadə edilərsə, dəri xərçəngində ölüm və ya xəstəliyin təkrarlanma riskini əhəmiyyətli dərəcədə azaldır. Təkcə “Keytruda”dan istifadənin isə xəstəlik riskini yüzdə 44 faiz azaltdığı açıqlanıb.

157 dəri xərçəngi xəstəsini üçüncü və dördüncü mərhələdə araşdıran alimlər yan təsir riskini 14,4% olaraq təyin ediblər.

Şirkətin tibbi inkişaflar üzrə vitse-prezidenti Paul Burton qeyd edib ki, tədqiqat nəticələri xərçəngin müalicəsində yeni bir perspektiv təmin edəcək.

Qeyd edək ki, Moderna bu sahədə çalışan yeganə şirkət deyil. İstehsal etdikləri koronavirus peyvəndi ilə milyonlarla insanın həyatını xilas edən türkiyəli alimlər Prof. Dr. Uğur Şahin və Prof. Dr. Özlem Türeci də xərçəng peyvəndi üzərində üçün çox çalışır.

Onlar mRNT əsaslı xərçəng peyvəndlərinin 2030-cu ildən daha tez hazır ola biləcəyini bildiriblər.

Musavat.com