SON DƏQİQƏ: İran eyni anda 4 ölkəni VURDU – VİDEObackend

SON DƏQİQƏ: İran eyni anda 4 ölkəni VURDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və ərəb mediasının yaydığı məlumatlara görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt, BƏƏ, İraq və Səudiyyə Ərəbistanı ərazilərinə raket zərbələri endirib.

Musavat.com xəbər verir ki, hücumlar nəticəsində Küveyt hava limanında aviayanacaq çənlərinin yandığı bildirilir.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin (Dubay) və Səudiyyə Ərəbistanının mülki infrastruktur obyektlərində partlayışların baş verdiyi barədə məlumatlar daxil olur.

Paralel olaraq, İraqın Süleymaniyyə şəhərində yerləşən kürd birləşmələrinin mövqelərinə də zərbələr qeydə alınıb.

Hazırda itkilər və dəymiş maddi ziyanın miqyası barədə məlumatlar dəqiqləşdirilir.