SON DƏQİQƏ! İrana BÖYÜK ŞOK – Məxfi sənədlərdəki sirlər ortaya çıxırbackend

SON DƏQİQƏ! İrana BÖYÜK ŞOK – Məxfi sənədlərdəki sirlər ortaya çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FTB-nin avqust ayında keçmiş ABŞ prezidenti Donald Trampın Floridadakı evində apardığı axtarış zamanı əldə etdiyi bəzi sənədlərdə həssas bilgilər olduğu iddia edilir.

Həmin məlumatlar İran və Çin haqqındadır.

Xəbərdə bildirilir ki, bəzi məxfi sənədlərdə Çinlə bağlı kəşfiyyat işləri barədə informasıyalar var.

Gizli materiallardan ən az biri İranın raket proqramı ilə bağlıdır.

“Mütəxəssislər sənədlərdə müəyyən məlumatların icazəsiz açıqlanmasının böyük risk yaratdığını deyirlər. ABŞ kəşfiyyatına kömək edən insanlar təhlükə altında ola bilər. Həmçinin, digər ölkələr və ya ABŞ-ın düşmənləri Amerikanın gizli atdığı addımlara görə qisas ala bilər” – “Washington Post” yazır.

Xatırladaq ki, ötən ay “Washington Post” qəzeti ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı evində axtarış zamanı Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları tərəfindən ələ keçirilən sənədlər arasında adı açıqlanmayan xarici ölkənin nüvə silahına dair çox məxfi dosyenin olduğunu yazmışdı.

Qəzet dosyenin hansı ölkənin nüvə potensialı ilə əlaqəli olduğunu, bu ölkənin ABŞ-a dost və ya düşmən sayıldığına dair heç bir ipucu verməmişdi.

Musavat.com