SON DƏQİQƏ: İrana təcili eniş edən AZAL-a məxsus təyyarə yenidən HAVAYA QALXDIbackend

SON DƏQİQƏ: İrana təcili eniş edən AZAL-a məxsus təyyarə yenidən HAVAYA QALXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Rəşt şəhərindəki hava limanına təcili eniş edən AZAL-a məxsus sərnişin təyyarəsi artıq havaya qalxıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, göyərtəsindəki sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbindən məcburi eniş edən hava gəmisi hazırda Bakı istiqamətində hərəkət edir.

Azərbaycanlı zəvvarları daşıyan təyyarənin İrana təcili eniş etməsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən AZAL-a məxsus təyyarədə sərnişinlər arasında fiziki məhdudiyyətli şəxs də olub.

Belə ki, sözügedən zəvvar, Tural Mehdiyev əlil arabasında hərəkət edib.

Uçuş zamanı əlil arabasında olan fiziki məhdudiyyətli zəvvarın səhhəti qəflətən pisləşib. Bu səbəbdən təyyarə heyəti təcili qərar qəbul edərək, təyyarəni ən yaxın hava limanı olan İranın Rəşt şəhərinə endirmək məcburiyyətində qalıb. Tural Mehdiyev və onun qardaşı Xəyal Mehdiyev İranda təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salınıblar.

Hazırda müvafiq protokollar imzalanıb. Uçuşun baş tutması üçün hazırlıqlar görülür.

Səudiyyə Ərəbistanının Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən təyyarə təcili olaraq İranın Rəşt şəhərinə eniş edib.

Bu barədə Oxu.Az-a təyyarədə olan zəvvarlardan biri məlumat verib.

Bildirilib ki, zəvvarlardan birinin səhhəti pisləşdiyindən təyyarə heyəti uçuş zamanı təcili qərar qəbul edərək, təyyarəni İranın Rəşt şəhərinə endirməyə məcbur olub.