SON DƏQİQƏ: İrəvanda Təhlükəsizlik Şurasının fövqəladə iclası başladıbackend

SON DƏQİQƏ: İrəvanda Təhlükəsizlik Şurasının fövqəladə iclası başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İrəvanda Təhlükəsizlik Şurasının (TŞ) iclası keçirilir.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, iclasda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi və Ermənistan müdafiə naziri, habelə digər hökumət üzvləri iştirak edirlər.

TŞ-nin fövqəladə toplantısı Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətə həsr olunub.

Xatırladaq ki, bir neçə gündür bu mövzuda danışıqlar aparılır. Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general Rüstəm Muradovun vasitəçiliyi ilə danışıqlar bu gün saat 14:00-da davam edəcək.

Bundan əlavə, bu gün Azərbaycan 15 min əsgərin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlər mayın 20-dək davam edəcək.