İsrail İranda hərbi əməliyyat keçirməyə hazırdır. ABŞ öz vətəndaşlarını qisas təhlükəsi səbəbindən bölgəni tərk etməyə çağırıb.
Editor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “CBS News” kanalı məlumat yayıb. Telekanalın məlumatına görə, ABŞ İranın qonşu İraqdakı bəzi Amerika obyektlərinə cavab zərbəsi endirə biləcəyini gözləyir. Bu səbəbdən səlahiyyətlilər daha əvvəl bəzi amerikalılara bölgəni tərk etməyi tövsiyə edib və Dövlət Departamenti “regional gərginliyin artması” səbəbindən qeyri-vacib dövlət rəsmilərinə İraqı tərk etmələri barədə göstəriş verib.
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Vitkoff hələ də iyunun 15-də ölkənin nüvə proqramı ilə bağlı danışıqların altıncı raundu üçün İranla görüşməyi planlaşdırır. Vəziyyəti şərh edən Donald Tramp izah edib ki, amerikalılara bölgəni “təhlükəli yer ola biləcəyi üçün” tərk etmək tövsiyə olunur. Tramp həmçinin ABŞ-ın İranın nüvə silahı istehsal etməsinə icazə verməyəcəyini bir daha vurğulayıb.
//Samir Qurbanov, Editor.az