SON dəqiqə: İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu həps edildibackend

SON dəqiqə: İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu həps edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul meri Əkrəm İmamoğlunun evində axtarış aparılıb və onun həbsinə order verilib. CNN Türk xəbər verir ki, İmamoğlu polisin müşayiəti ilə ədliyyə binasına aparılıb.

Telekanalın məlumatına görə, İstanbul merinin mətbuat müşaviri Murat Ongun da daxil olmaqla 100-dən çox adamın həbsinə order verilib. “Sabah” qəzeti yazır ki, bir neçə jurnalist və iş adamının da həbs olunacağı gözlənilir və order İstanbul media şirkəti Medya A.S.-nin tenderləri ilə bağlıdır. Ondan tenderdə qalib gələn 21 şirkətlə bağlı sənədlər tələb olunub və kompüterlər götürülüb.

İstanbul meri evində axtarış aparıldığını təsdiqləyib. Onun sözlərinə görə, polis “millətin iradəsini qəsb etməyə çalışır” və təhlükəsizlik qüvvələrini “bu şər işin aləti kimi” istifadə edir. “Biz böyük bir zülmlə üzləşmişik. Amma bilməyinizi istəyirəm ki, mən təslim olmayacağam”, – CNN Türk onun sözlərindən sitat gətirir.

//Samir Qurbanov, Editor.az