SON DƏQİQƏ! İstanbulda İsrail konsulluğuna HÜCUM EDİLDİ – Ölən var/FOTObackend

SON DƏQİQƏ! İstanbulda İsrail konsulluğuna HÜCUM EDİLDİ – Ölən var/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda İsrail konsulluğunun da yerləşdiyi binanın qarşısında atəş səsləri eşidilib, əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə mediasına istinadən verilən məlumata görə, hadisə yerində geniş təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edilib ki, konsulluğunun qarşısında atışmada 3 nəfər zərərsizləşdirilib.

NTV-nin xəbərinə görə, bir nəfər ölüb, bir nəfər isə yaralıdır.

Hazırda polislər tərəfindən ərazidə araşdırma aparılır və atəşin hansı səbəbdən açıldığı müəyyənləşdirilir. Hadisənin baş verdiyi binanın ətrafı tamamilə mühasirəyə alınıb.