SON DƏQİQƏ! NATO Putini bu sözlərlə qorxutdu – ŞOK XƏBƏRDARLIQbackend

SON DƏQİQƏ! NATO Putini bu sözlərlə qorxutdu – ŞOK XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın qəbul etdiyi qismən səfərbərlik qərarı bölgədəki gərginliyin tezliklə azalmayacağından xəbər verir. Belə bir vaxtda NATO-dan Rusiyaya açıq xəbərdarlıq gəlib.

NATO-nun baş katibi Yens Stoltenberq Vladimir Putinə bəyan edib ki, Ukraynada nüvə silahından istifadə etsə, “ağır nəticələrlə” üzləşəcək.

Stoltenberq Rusiyanın nüvə silahından istifadəsinin qəbuledilməz olduğunu vurğulayaraq, nüvə müharibəsində qalib gələ bilməyəcəyini bildirib.

Baş katib açıqlamasında deyib:

“Nüvə silahının istənilən istifadəsi qətiyyən qəbuledilməzdir. Bu, münaqişənin mahiyyətini tamamilə dəyişir və Rusiya bilməlidir ki, nüvə müharibəsində qalib gəlmək olmaz”.

Putinin dəfələrlə nüvə silahı kartından istifadə etdiyini və buna görə də vəziyyətin ciddiyə alınmalı olduğunu bildirən Stoltenberq açıq mesaj verib:

“Ona görə də bunun Rusiya üçün ciddi nəticələri olacağına dair açıq mesaj veririk”.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Moskvanın hansı şərtlər altında nüvə silahından istifadə edəcəyini dünyaya bəyan edib.

Lavrov Rusiyanın referendum keçirilərək ilhaq edilən Ukrayna ərazilərini müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazır olacağını açıqlayıb.

Oxşar xəbərdarlıq Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevdən də gəlib.

Medvedev “Qərb və ümumilikdə bütün NATO ölkələri Rusiyanın öz yolunu seçdiyini başa düşməlidir” sözləri ilə də hədə-qorxu gəlib.

Musavat.com