NATO-ya məxsus 4 nəfərlik hərbi təyyarə Norveçdə qəzaya uğrayıb. Editor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Norveçdə keçirilən “Soyuq cavab- 2022” təlimi zamanı baş verib. NATO-ya məxsus hərbi təyyarənin Norveçin şimalında qəzaya uğradığı bildirilir.
Qəzayla bağlı açıqlama verən Şimali Norveç Baş Xilasetmə Mərkəzinin sözçüsü Jan Eskil Severinsen hadisə ilə bağlı axtarışların davam etdiyini, lakin pis hava şəraitinin buna mane olduğunu bildirib. Sözçü təyyarədəki ekipajın taleyi ilə bağlı hər hansı məlumatın olmadığını qeyd edib.
Hadisə ilə bağlı danışan Norveç Silahlı Qüvvələrinin Kommunikasiya ofisinin müdürü Ole Kristian Emaus, ekipaj üzvlərinin milliyyətinin bəlli olmadığını, lakin təyyarənin ABŞ-a aid NATO təyyarəsi olduğunu vurğulayıb.
//Fərrux, Editor.az

