ABŞ-ın Nyu York şəhərində metroda silahlı insident baş verib.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, hücum edən şəxsin qaz maskası taxdığı bildirilir. İlkin məlumatlara görə 13 nəfər yaralanıb. Sosial şəbəkələrdə yerdə qan içində qalan insanlar görüntüləri yayılıb.
Qeyd edək ki, hadisə insanların metroda sıx olduğu bir zamanda baş verib. Metronun fəaliyyəti də müvəqqəti olaraq dayandırılıb.
//Editor.az

