SON DƏQİQƏ: Putin bu ölkələrlə bağlı kritik FƏRMAN İMZALADIbackend

SON DƏQİQƏ: Putin bu ölkələrlə bağlı kritik FƏRMAN İMZALADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin “Xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə əlaqədar cavab viza tədbirləri haqqında” fərman imzalayıb. Fərman Rusiyaya düşmən ölkələrlə asan viza müraciətini dayandırmağı nəzərdə tutur.

Sənəd ölkənin rəsmi hüquqi informasiya portalında dərc edilib.

Fərman “Avropa İttifaqının qeyri-dost hərəkətlərinə cavab olaraq təcili tədbirlərin görülməsi zərurəti əsasında” imzalanıb.

Qeyd olunub ki, Rusiya Federasiyası Avropa İttifaqı (Aİ), Norveç, Danimarka, İslandiya, İsveçrə və Lixtenşteynlə viza rejiminin sadələşdirilməsinə dair sazişlərin bir sıra bəndlərini dayandırıb.

Vladimir Putin Xarici İşlər Nazirliyinə qeyri-dost hərəkətlər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına girişinə şəxsi məhdudiyyətlər qoymağı tapşırıb.

Xatırladaq ki, Ukraynanın işğalı başlayandan sonra Moskva administrasiyası ona qarşı sanksiyalar tətbiq edən ölkələri “dost olmayan ölkələr” daxil edib.

Publika.az