SON DƏQİQƏ: Rusiya ordusunun şok görüntüləri YAYILDIbackend

SON DƏQİQƏ: Rusiya ordusunun şok görüntüləri YAYILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun Ukraynada o cümlədən texnika sarıdan verdiyi ağır itkilər təxminən bir ay sonra canlı qüvvəni daşımaq üçün mülki nəqliyyat vasitələrindən istifadə edilməsinə gətirib çıxarıb. Ukraynaya tərəf hərəkət edən yeni Rusiya hərbi kalonunun görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bu görüntülərə əsasən Ukraynaya göndərilmək üçün səfərbər edilən canlı qüvvə “Qazel” və xalq arasında “buxanka” kimi tanınan UAZ avtomobilləri də daxil olmaqla geniş çeşiddə mülki nəqliyyat vasitələrindən ibarət kalonla daşınır. Həmin nəqliyyat vasitələrinin üzərində Ukraynaya yeridilən Rusiya ordusunun simvolu olan “Z” işarəsi yer alır.

Kalonun çox güman ki, Çeçenistandan Ukraynaya göndərildiyi bildirilir. Sosial şəbəkə istifadəçiləri “Z” ordusunun bu kalonuna “qaraçı taboru” adı veriblər.

Xatırladaq ki, müharibənin əvvəlində Rusiya ordusunun canlı qüvvəsi “Kamaz” hərbi yük avtomobillərindən, “Tirq” zirehli avtomobillərindən və digər zirehli texnikadan ibarət kalonlarla daşınırdı. O cümlədən Çeçenistandan “kadırovçular” BTR-lərdə və “Tiqr” avtomobillərində Ukrayna üzərinə yürüş etmişdi.

Alp.az