SON DƏQİQƏ: Rusiya təyyarəsi QƏZAYA UĞRADI – FOTObackend

SON DƏQİQƏ: Rusiya təyyarəsi QƏZAYA UĞRADI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya məxsus “İL-76” təyyarəsi mühərrikdə yaranmış problem səbəbindən Krasnoyarskın Çeremşanka hava limanında təcili eniş edib.

Bu barədə Rusiya Regional Nəqliyyat Nazirliyindən TASS-a bildirilib.

Məlumata görə, eniş zamanı təyyarə zolaqdan təxminən 50 metr kənara çıxıb. Hazırda hava limanı digər reyslər üçün bağlıdır və təcili xidmətlər fəaliyyət göstərir.

Nazirlik əlavə edib ki, 4 km məsafədə yerləşən Krasnoyarsk beynəlxalq hava limanı isə normal rejimdə işləyir.

Qeyd edək ki, Çeremşanka hava limanı əsasən yerli marşrutlar və tranzit uçuşlar üçün istifadə olunur.

Musavat.com