Son dəqiqə! Şoyqu infarkt keçirdi: vəziyyəti ağırdırbackend

Son dəqiqə! Şoyqu infarkt keçirdi: vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə naziri Sergey Şoyqu güclü infarkt keçirib.

Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən xəbər verir. Rusiyalı iş adamı Leonid Nevzilinin sözlərinə görə, Şoyqu “qeyri-təbii səbəblərdən” infarkt keçirib. “Şoyqu oyunu tərk etdi, sağ qalsa da, əlil ola bilər. Qəfildən güclü infarkt keçirib və hazırda reanimasiyada cihaza qoşulub”, – iş adamı yazıb.

O, həmçinin bildirib ki, RF Müdafiə Nazirliyinin 20 generalı həbs edilib. Səbəb aydındır: 2014-cü ildən bəri Putinin blitskrieg üçün (ildırımsürətli müharibə) hazırlamaq üçün ayırdığı təxminən 10 milyard dollar oğurlanıb”, – Nevzlin əlavə edib. İş adamının qeyd etdiyi kimi, o, Rusiya baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviçə qarşı cinayət işinin hazırlandığını da öyrənib. Həmkarları və dostlarının onun əleyhinə ifadə verməsi gözlənilir.

Putinin keçmiş müşaviri Vladimir Surkov isə Nevzlin sözlərinə görə, ev dustaqlığına buraxılıb. O da müharibəyə hazırlıq üçün ayrılan pulları oğurlamaqda şübhəli bilinir. Rusiyada isə Nevzlinin açıqlamasına hələlik münasibət bildirilməyib. Kreml Şoyqunun mümkün infarkt keçirməsi ilə bağlı məlumatı hələlik təsdiqləməsə də, lakin təkzib etməyib.