Son dəqiqə: Türkiyə Finlandiyanın NATO üzvlüyünə “yaşıl işıq” yandırdıbackend

Son dəqiqə: Türkiyə Finlandiyanın NATO üzvlüyünə “yaşıl işıq” yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyesində Finlandiya Prezidenti Sauli Niinistö ilə birgə mətbuat konfransı keçirib.

İki ölkə lideri arasında əsas müzakirə mövzusus Finlandiyanın NATO-ya üzvlüyü məsələsi olub. Prezident Ərdoğan çıxışında bununla bağlı deyib: “Təhlükəsizliyimizlə bağlı problemlərimizi həll etmək həssaslığına əsaslanaraq, Finlandiyanın NATO-ya üzvlük protokolunun parlamentimizdə təsdiqi prosesinə başlamaq qərarına gəldik.

Hesab edirəm ki, NATO Finlandiyanın üzvlüyü ilə daha da güclənəcək və bununla da qlobal təhlükəsizliyin və sabitliyin qorunmasında fəal rol oynayacaqdır.

  //Samir Qurbanov,Editor.az