SON DƏQİQƏ: Türkiyə ilə Rusiya Qarabağla bağlı RAZILIĞA GƏLDİ – SAZİŞ İMZALANDIbackend

SON DƏQİQƏ: Türkiyə ilə Rusiya Qarabağla bağlı RAZILIĞA GƏLDİ – SAZİŞ İMZALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalandı.

Editor.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat verib.

Qeyd olunur ki, noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akar və Sergey Şoyqu arasında razılaşmanın layihəsi onlayn formatda imzalanmışdı.

Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin fəaliyyəti ilə əlaqədar texniki detalların müzakirəsi başa çatdıqdan sonra yekun razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün işlər aparılır.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında əldə edilən üçtərəfli bəyanatdan sonra Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə Birgə Monitorinq Mərkəzinin qurulması qərara alınmışdı.