Son dəqiqə: Türkiyə və İran arasında anlaşma – İmzalar atıldıbackend

Son dəqiqə: Türkiyə və İran arasında anlaşma – İmzalar atıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu və İranın Daxili İşlər naziri Əhməd Vahidi iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Tehranda səfərdə olan Soylu heyətlər arasında məhsuldar görüşlər keçirildiyini vurğulayıb.

“PKK terror təşkilatı və bütünlükdə terror təşkilatları ilə mübarizədə ortaq iradə nümayiş etdiririk. Bu gün terrorla mübarizə məsələsində birlikdə olduğumuzu və qətiyyətimizi bir daha təsdiqlədik. Sərhəd təhlükəsizliyi İran və Türkiyə arasında ən əsas mövzulardan biridir”, – Soylu qeyd edib.

O, iranlı nazir Vahidinin tövsiyəsi ilə iki ölkənin sərhəd əyalətlərində yeni ortaq işçi qruplarının formalaşdırıldığını da söyləyib.

Teleqraf.com