SON DƏQİQƏ: Türkiyədə hərbi bazaya QORXUNC HÜCUM – Şəhid və yaralı varbackend

SON DƏQİQƏ: Türkiyədə hərbi bazaya QORXUNC HÜCUM – Şəhid və yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Siirt şəhərinin Pervari rayonunda PKK terror qruplaşmasının hərbi hissəyə uzun çaplı silahlarla atəş açması nəticəsində kənd qoruyucusu Mehmet Babat şəhid olub, Sıddık Bulut isə yaralanıb.

Editor.az “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Siirt valiliyi məlumat yayıb.

Hadisə Pervari rayon Jandamr Komandanlığının nəzarəti altında olan Doğan kəndində yerləşən Dəyirmandaş hərbi bazasında baş verib.

Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.