İranın Xarq adasında bir neçə güclü partlayış baş verib.
Bu barədə məlumatı “Mehr” agentliyi öz “Telegram” kanalında paylaşıb.
İran agentliyinin yaydığı məlumatda bildirilir: “Düşmən koalisiya Xarq adasına bir neçə hücum həyata keçirib və adada ard-arda partlayış səsləri eşidilib”.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp bəyanat yayaraq, İranın Hörmüz boğazını açmayacağı təqdirdə Xarq adasındakı neft infrastrukturunu məhv edəcəyi ilə hədələyib.
Musavat.com

