SON DƏQİQƏ xəbəri: Ramin Bayramlını bu şəxs əvəz edə bilər – FOTObackend

SON DƏQİQƏ xəbəri: Ramin Bayramlını bu şəxs əvəz edə bilər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədri Ramin Bayramlı bu gün tutduğu vəzifədən istefa verib.

Editor.az -in məlumatına görə, bu barədə o özü tvitter-də paylaşım edib.

İndilərdə sosial şəbəkələrdə yayılmış məlumatda isə artıq yeni TƏBİB sədrinin bəlli olduğu iddia edilir.

Məlumata görə, qurumun yeni rəhbəri TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri tibb elmləri doktoru, professor Akif Qurbanov təyin edilə bilər.

Şəbəkə istifadəçiləri iddia edirlər ki, uzun müddət hakim dairənin etimadını qazana bilmiş A.Qurbanov TƏBİB sədrliyinə ən real namizəddir.