İsrail Müdafiə Qüvvələri (IDF) yarım əsrdən artıq müddətdə ilk dəfə olaraq Colan təpələri xaricindəki Suriya ərazisinə daxil olub.
Bu barədə Amerikanın “The New York Times” (NYT) qəzeti iki İsrail rəsmisinə istinadən yazıb. Məqalədə deyilir: “Həftə sonu İsrail quru qoşunları demilitarizasiya zonasından kənara çıxıb… Bu, onların Yom Kippur müharibəsindən sonra (1973-cü ildə) Suriya ərazisində ilk açıq mövcudluğu olub.
Anonim rəsmilərin NYT-yə verdiyi məlumata görə, İsrail Dəməşqdə hakimiyyəti ələ keçirən silahlı Suriya müxalifətinin Colan təpələri yaxınlığındakı hərbi obyektlərə də nəzarəti ələ keçirə və daha sonra İsrailə qarşı istifadə edə biləcəyindən ehtiyat edir. Daha əvvəl İD-nin mətbuat xidməti Suriyanın cənubundakı beş sərhəd yaşayış məntəqəsinin sakinlərini təhlükəsizlik məqsədilə çölə çıxmamağa çağırıb. İsrailin “Kan” dövlət telekanalının məlumatına görə, dünən, dekabrın 8-də Suriya ordusu bufer zonadakı mövqelərini tərk etdikdən sonra İsrail hərbçiləri Hermon dağındakı Suriya forpostunu işğal ediblər. İsrailin müdafiə naziri İsrael Kats da bunun Qolandakı İsrail yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün edildiyini bildirib.
//Samir Qurbanov, Editor.az