“Son illər Azərbaycan təhsilində, xüsusilə kadr seçimində ciddi irəliləyişlər var”- Millət vəkilindən AÇIQLAMAbackend

“Son illər Azərbaycan təhsilində, xüsusilə kadr seçimində ciddi irəliləyişlər var”- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakının Nəsimi rayonunda yerləşen 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbirində iştirak edən şagirdlərin yaxasından Rusiya İmperiyasını simvolizə edən “Georgi lenti”nin asıldığını əks etdirən fotolar bir neçə gündür ki, cəmiyyətimizdə ciddi müzakirələrə səbəb olub. Əksəriyyət Azərbaycanda ümumiyyətlə,  bu bayramın qeyd edilməsinin tərəfdarı deyil və “Georgi lenti”ndən istifadənin qadağan edilməsini doğru hesab edir.

Mövzu ilə bağlı Editor.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan cəmiyyətində bu məsələyə yanaşmalar fərqlidir:

” Ölkəmizdə 9 mayın- Qələbə gününün keçirilməməsinin tərəfdarı olanlar var. Unutmaq olmaz ki, 9 may Azərbaycan tarixinin də bir parçasıdır. Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq göstərib. Müharibədə 600 min azərbaycanlı iştirak edib və onlardan 300 minini itirmişik. İstənilən Azərbaycan vətəndaşının yaxınları arasında bu müharibənin iştirakçıları var. 9- may tarixinin bir parçası olduğumuza görə bu bayram bizim ölkəmizdə də qeyd olunmalıdır. Sadəcə qeyd olunarkən biz öz dövlət rəmzlərimizin qorunmasına diqqət etməli, dövlət müstəqilliyimizə heç bir xələl gəlməməsi üçün həssaslıq nümayiş etdirməliyik. Müharibə illərində Sovet İmperiyasının tərkibində olsaq da indi Azərbaycan  müstəqil dövlətdir və bu prinsiplərə əməl edilməlidir. Belə bayram tədbirlərində hansısa ölkənin yox, öz milli atriburtlarımızdan  istifadə etməliyik. Uşaqların tarixi, mədəniyyəti öyrənməyə başladığı məktəblərimizdə müəllimlər bu kimi məsələlərə qarşı məsuliyyətli olmalı, belə hallara həssas yanaşılmalıdır. Bu hadisənin kökündə bəzi vətəndaşlarımızın tarixi yaxşı bilməməsi də dayanır. Tarixi öyrənmək və düzgün öyrətmək isə bir müəllimin ən böyük məsuliyyətlərindən biridir”.

Millət vəkilin son illər Azərbaycan təhsilində baş verən ciddi dəyişiklikləri də diqqətə çəkib:

” Təhsil sistemimizdə əvvəlki dövrlərə nisbətən rüşvətxorluq, kadr seçimi, müəllimlərim işə qəbulu ilə bağlı müsbət irəliləyişlər var və bu istiqamətdə sürətli islahatlar aparılır. Müəyyən çatışmazlıqlar, qüsurlar ola bilər, ancaq bu o demək deyil ki, Azərbaycan təhsilində indiyə qədər heç bir uğur əldə edilməyib, heç bir dəyişikliklərə gedilmir. Təhsil Nazirliyi xüsusilə kadr seçimində daha həssas olmağa çalışır. Problemlərin və boşluqların isə yaxın zamanda aradan qaldırılması üçün işlər görülür”.

//Gülnarə Abasova, Editor.az