“Son illər dövlətlərin başqa ölkələrdəki səfirliklərinə hücumları demokratik sistemin çöküşü deməkdir”- Millət vəkilibackend

“Son illər dövlətlərin başqa ölkələrdəki səfirliklərinə hücumları demokratik sistemin çöküşü deməkdir”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məlumdur ki, bir neçə gün əvvəl İsrail İranın Dəməşqdəki konsulluğunu aviazərbələrlə dağıdıb. Təbii ki bu heç də xoş olan hal deyil. Son illər dövlətlərin başqa ölkələrdəki səfirliklərinə hücumları demokratik sistemin çöküşü deməkdir. Hər şeydən əvvəl bəşəriyyətə qarşı cinayətdir. Artıq illərdir dünya stabillikdən, sivilizasiyadan çıxıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, İran hər zaman region ölkələrinə qarşı təhdidvari ritorikadan istifadə edib:

“Lakin bugünkü geosiyasi vəziyyət artıq dövlətlərarası münasibətlərin nəzarətdən çıxdığının bariz nümunəsidir. Baş verən hadisədə iranlı diplomatların həyatını itirməsi özü beynəlxalq aləm üçün mühüm mesaj olmalıdır. Bu siyasi mənzərə İkinci Dünya müharibəsi ərəfəsini xatırladır. Nəzərə alsaq ki, bu günə kimi tarixdə olan dünya müharibələrinin heç bir qazanan tərəfi olmayıb, ümumillikdə insanlıq itirib. O cəhətdən artıq düşünən beyinlərin masaya oturub ortaq məxrəci tapmaqlarının vaxtıdır. Bu hücum ritorikaları heç nəyi həll etməyəcək. İran bu gün dünyanın istənilən bölgəsində İsrailə məxsus səfirliyi vursa da yenə də siyasi nəticəsi mənfi olacaq. Həmçinin insanlar həyatını itirəcək. Xüsusilə, Azərbaycanda yerləşən İsrail səfirliyindən söhbət gedirsə, bu, bir tərəfdən İsrail- Azərbaycan münasibətlərinə hədəflənib. Azərbaycanın tarixboyu İsraillə isti münasibətləri olub, amma bu o demək deyil ki, biz İsrailin xarici və ya daxili siyasətinə qarışmalıyıq. Düşünürəm ki, bütün konfliktlər diplomatik masada həll olunmalıdır”.

//Gülnarə Abasova, Editor.az