Son insidentdən sonra Ermənistanın xarici siyasətindəki DƏYİŞİKLİKLƏR: “Bunun əsas səbəbi Nikol Paşinyanın…”- ŞƏRHbackend

Son insidentdən sonra Ermənistanın xarici siyasətindəki DƏYİŞİKLİKLƏR: “Bunun əsas səbəbi Nikol Paşinyanın…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən günlərdə BMT Baş Assambleyasında BMT və Avropa Şurası arasında əməkdaşlıq barədə qətnamə qəbul edildi. Qətnamədə Rusiyanın Ukraynanı işğal etməsi fonunda BMT və Avropa Şurası arasında əməkdaşlığın möhkəmləndirilməsi məsələləri öz əksini tapıb. Rusiya birbaşa işğalçı dövlət kimi göstərildi. Səsvermədə müşahidə edilən maraqlı faktlardan biri də əvvəllər rəsmi Moskvanın əleyhinə hansısa qətnaməyə səs verməkdən çəkinən Ermənistan bu qərarın lehinə səs verməsi oldu”.

Bu fikirkəri Editor.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib.

Onun sözlərinə görə, sözügedən addımlar İrəvanın yürütdüyü antiRusiya siyasətinin təzahürləridir:

“Ötən ilin sentyabrda baş verən Azərbaycan-Ermənistan sərhəd insidentindən sonra İrəvanın xarici siyasətində 180 dərəcə dəyişiklik baş verdiyinin şahidi oluruq. Bunun əsas səbəbi Nikol Paşinyanın rəsmi Moskvadan olan gözləntilərinin təmin olunmamasından qaynaqlanır. Eyni zamanda, Ermənistanın Qərbyönümlü siyasəti öz sözünü deyir. Ən son Vaşinqton tərəfindən təşkil edilən Demokratiya Sammitində İrəvan iştirak etmişdi. Hansı ki, bu platforma antiRusiya xarakterli idi. Son vaxtlar Ermənistanın NATO ilə birgə hərbi təlimlərdə iştirakı da Moskvanı narahat edən məsələlərdəndir”.

Politoloqun fikrincə, Ermənistanın ikibaşlı siyasəti də bir manevrdır:

“Çünki Paşinyan düşünür ki, rəsmi Moskvaya qarşı kəskin mövqedə dayanması  hakimiyyətinin itirilməsi ilə nəticələnər. Qarabağda Ruben Vardanyan layihəsi də buna hesablanmışdı.Paşinyan siyasi lider kimi gah sağa, gah da sola çevrilir. Lakin görünən odur ki, Qərbə inteqrasiya siyasi xəttinə üstünlük verməyə başlayıb. Düşünmürəm ki, Rusiya bu addımları susqunluqla qarşılayacaq. M.Zaxarovanın, Sergey Lavrovun açıqlamalarında çox vaxt Ermənistana müəyyən mesajlar verilir. Bu zaman açıq -aşkar bildirilir ki, Qərbin və ABŞ-ın Cənubi Qafqazda proseslərə müdaxilə etməsi sülhə və sabitliyə töhfə verməyəcək”.

Sultan Zahidov qeyd edir ki, Rusiya postsovet məkanını daima nüfuz dairəsi hesab edir:

“Onun Gürcüstana və Ukraynaya da müdaxilə etməsinin əsas səbəbi bu ölkələri itirməkdə olması və Qərbə inteqrasiya xəttindən qaynaqlanıb. Bu hal isə rəsmi Moskva üçün təhdid xarakteri daşıyır. Rusiyanın əsas rəqibi ABŞ-dır. Bir neçə ay öncə qəbul etdiyi xarici siyasət konsepsiyasında da bu vurğulanırdı. Rusiyanı narahat edənErmənistanın ABŞ-ı regiona gətirməsidir. Bununla da rəsmi Moskva regiondan sıxışdırıla bilər. ABŞ və Rusiyanın Cənubi Qafqazdakı “rəqabəti”Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasına ciddi əngəldir”.

//Safura Bənnayeva, Editor.az