Son sərhəd toqquşması və Ermənistanın sərgilədiyi mövqe nəyə hesablanıb?- ” Əgər onlar baş verənlərdən dərs çıxarmayıblarsa…”backend

Son sərhəd toqquşması və Ermənistanın sərgilədiyi mövqe nəyə hesablanıb?– ” Əgər onlar baş verənlərdən dərs çıxarmayıblarsa…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Vətən müharibəsindən öncə 2020-ci il iyulun 12-də törətdiyi hərbi təxribatı bu dəfə daha geniş trayektora və masştabda təkrarlamaqla post-münaqişə reallıqlarını dəyişə biləcəyini düşündü. İrəvan administrasiyası İlham Əliyevin xəbərdarlıqlarından dərs çıxarmadı və layiqli dərsini aldı. Məğlub tərəfin de-eskalasiya istiqamətində praktik addımlar atmaqdan boyun qaçırmasında anlaşılan bu oldu ki, ermənilər 3 avqustda üzləşdikləri qisas əməliyyatını növbəti dəfə dadmaq istəyir. Halbuki 5 erməni hərbçisinin təhvil verilməsindən sonra belə bir miqyasda təxribatlara əl atılması normal insan düşüncəsi ilə izah oluna bilməz”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib

 

Siyasi analitik bildirib ki, əks-həmlə hücumla Qafanda, Zodda, Germuxda  erməni hərbi hissələr məhv edildi:

“Sərhədboyu hərbi infrastruktur zərərsizləşdirildi. Düşmənin çox sayda “S300″ qurğusu məhv edildi. Azərbaycan tərəfi artıq bu ərazilərdə ermənilərin demilitarizasiya prosesinə başlayıb. 100 kv. km-dən artıq ərazi tutulub. Bu proses bir daha göstərdi ki, prezident İlham Əliyev çıxışları zamanı “Sülh Ermənistanın xeyrinədir” bəyanatını heç də boşuna ifadə etmirdi. Ermənistanın danışıqlar üçün zərərli tendensiyaları ehtiyatda saxlayaraq bugün onu hərbi təxribatlar formasında həyata keçirməsi isə tək Azərbaycana deyil, Aİ və Rusiyanın zəmanət missiyasına da açıq xəyanətdir. Əgər düşmən 7 saat davam edən əməliyyatdan aldığı zərbədən sonra özünə gələ bilsə, o zaman gələcək addımlarını daha ölçülüb biçilmiş şəkildə atmalıdır. Başa düşməlidir ki, 10 noyabr bəyanatında nəzərdə tutulanların ziddinə olaraq qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən tam çıxarılması; ərazilərin minalanması işinin davam etdirilməsi və şərti sərhədboyu bölgədə hərbiləşmənin artması; nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətməsi və sülh prosesinə qarşı destruktiv addımlar atması; sülh müqaviləsi üzrə konkret danışıqların başlanmasına dair Azərbaycan tərəfinin təkliflərinə qarşılıq verməməsi beynəlxalq hüququn və götürdüyü öhdəliklərin sabotaj olunması kimi qəbul ediləcək. Bu isə Paşinyanın ilin sonuna qədər sülh müqaviləsini imzalana biləcəyi vədinin hərbi təxribatla müşayət olunması fonunda Ermənistanın ikinci dəfə kapitulyasiyaya uğraması ilə nəticələnəcək”.

//Gülnarə Abasova, Editor.az