Son sutkada Azərbaycanda 49 nəfər koronavirusa yoluxub, 1 nəfər ölübbackend

Son sutkada Azərbaycanda 49 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 49 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 889 nəfər müalicə olunaraq sağalıb, hazırda 317 aktiv xəstə var. Bu günə qədər 9 943 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 766, bu günə qədər isə ümumilikdə 7 315 522 test icra olunub.