Son sutkada “Hizbullah” İsrailə doğru 135 raket buraxıbbackend

Son sutkada “Hizbullah” İsrailə doğru 135 raket buraxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livandan atılan 5 raketlə əlaqədar gecə ərzində İsrailin üç bölgəsində hava həyəcanı elan edilib. İsrailin “Ynet News” portalı xəbər verir ki, raketlər açıq əraziyə düşüb, dağıntı olmayıb.

Onun sözlərinə görə, son 24 saat ərzində İsrailə 135-ə yaxın raket atılıb.

İsrail Müdafiə Qüvvələri (IDF) isə “Hizbullah”ın Livandakı silah anbarlarına hücum edib. İsrail Silahlı Qüvvələrinin press-relizinə əsasən, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr gecə ərzində Livanın bir neçə bölgəsindəki anbarlara zərbələr endirib. “Zərbələrdən sonra obyektlərdə çoxlu sayda silahın olduğunu göstərən ikinci dərəcəli partlayışlar qeydə alınıb… Bundan əlavə, zərbələr “Hizbullah”ın hava hücumundan müdafiə sistemi tərəfindən istifadə edilən və İsrailin Hərbi Hava Qüvvələrinin təyyarərələri üçün təhlükə yaradan kompleksə endirilib”, – ordudan bildiriblər.

//Samir Qurbanov, Editor.az