Livanın Səhiyyə Nazirliyi 24 saat ərzində İsrail hərbçilərinin endirdiyi zərbələr nəticəsində 105 nəfərin öldüyünü, daha 359 nəfərin yaralandığını bildirib.
Livanın cənubundakı şəhər və kəndlər, Bekaa, Baalbek Hermel və Beyrutun cənub ətrafı hücumlara məruz qalıb.
Livanın Səhiyyə Nazirliyinin bu mesajını “Əl-Cəzirə” telekanalı yayıb. BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNHCR) mətbuat xidməti X sosial şəbəkəsində bildirib ki, 70 mindən çox insan Livanı tərk edib. Eyni gündə Baş nazir Nəcib Mikati ölkə daxilində bir milyona yaxın insanın məcburi köçkün olduğunu deyib. Mikati onu da bildirib ki, hazırda 778 sığınacaqda 118 min insan var.
//Samir Qurbanov, Editor.az