Son sutkada Rusiya ordusu ağır itkilər veribbackend

Son sutkada Rusiya ordusu ağır itkilər verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 24 saat ərzində Ukrayna müdafiəçiləri 820-yə yaxın rus əsgərini, bir Su-25 qırıcı təyyarəsini, bir hava hücumundan müdafiə sistemini, 34 tankı, 91 zirehli döyüş maşınını, 18 artilleriya sistemini və 20 digər texnikanı məhv edib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının oktyabrın 11-nə olan səhər hesabatında deyilir.

“Son 24 saat ərzində Müdafiə Qüvvələri aviasiyası şəxsi heyətin, silahların və hərbi texnikanın cəmləşdiyi ərazilərə 11, düşmənin zenit-raket komplekslərinə isə 9 zərbə endirib.

Müdafiəçilərimiz Rusiyanın Su-25 qırıcısını və 7 əməliyyat-taktiki kəşfiyyat PUA-sını da məhv ediblər. Raket qoşunlarının bölmələri komanda məntəqəsini, sursat anbarını, şəxsi heyətini, silah-sursat və hərbi texnikasının cəmləşdiyi 3 ərazini, 7 artilleriya silahını və elektron döyüş məntəqəsini vurub”, – hesabatda bildirilir.

//Samir Qurbanov, Editor.az