Rusiya prezidenti Vladimir Putin Səmərqənddə keçirilən ŞƏT sammitində jurnalistlərin sualına cavab olaraq bildirib ki, Ermənistan və Azərbaycan sərhədindəki son insidentin Qarabağla heç bir əlaqəsi yoxdur.
Vladimir Putinin bu fikirləri nə qədər düzgündür? Qarabağda getmir deməklə hansı mesajı ötürür?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, son insidentlər Qarabağda deyil Azərbaycan-Ermənistan sərhədində baş verir:
“Bu insidentin səbəbi Ermənistan ordusunun Azərbaycan qarşı olan hücumudur. Ermənistan tərəfinin Azərbaycan sərhədini pozma prosesi kimi qəbul edilməlidir.
Ermənistan isə əksinə bu qarşıdurmada Azərbaycanı günahlandırır. Amma demarkasiya və delimitasiyanın olmaması, Ermənistanın bu əsassız iddialarını sübut etməyə imkan verməyəcək. Bunu Ermənistan tərəfi də çox gözəl bilir. Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə Qarabağ məsələsi bir-biri ilə belə əlaqələndirə bilərik ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etsə və Azərbaycan sərhədlərini tanısa bu gələcəkdə sərhəd insidentlərinin qarşısını almış olacaq. Əks fikirlər irəli sürülərsə, biz də o zaman Göyçəni və Zəngəzuru Ermənistan ərazisi kimi tanımayacağıq. Bu yeni müharibə riskini kifayət qədər artıracaq. Bir neçə dəfə Paşinyana bu ətraflı şəkildə izah olunub ki, onun bu fəaliyyəti mənfi nəticələnə bilər. Amma görünən odur ki, Ermənistan tərəfi verdiyi sözü tutmaq istəmir”.
//Safura Bənnayeva, Editor.az

