Son ultimatum !- “Onlar erməniməramlıdırlar” – Anti-terror əməliyyatı!backend

Son ultimatum !- “Onlar erməniməramlıdırlar” – Antiterror əməliyyatı!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağdakı sülhməramlılar işğalla məşğuldurlar”
Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti, deyəsən, öz funksiya və məqsədlərindən kənara çıxdığını ya anlamır, ya da bilərəkdən ermənilərə simpatiyalarını ifadə edir. Qarabağdakı Rusiya hərbçilərinin vəzifəsi işğaldan azad edilmiş ərazilər erməni silahlı birləşmələrindən tam təmizlənənədək sülhməramlı əməliyyatları həyata keçirməkdir. Ancaq gündən-günə  general Rüstəm Muradovun komandanlığı altında əmrləri icra edən sülhməramlı kontingent 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulan məqsədlərindən uzaqlaşır.
İndi də sülhməramlılar Böyük Vətən Müharibəsindəki qələbənin 76-cı ildönümünə həsr olunan “Ailə tarixi-Zəfər tarixi” adlı aksiya keçirməyə başlayıblar. Deyirlər, qulaq gündə bir şey eşitməsə, kar olar. Bu da növbəti provokasiya, növbəti həyasızlıq…
 “Ağ” Partiya sədri Tural Abbaslı sözügedən təxribatla bağlı “Sherg.az”a danışdı:
“Qarabağdakı rus hərbçilərinin adı “sülhməramlı” yox, “erməniməramlıdır”. Bunu birmənalı bilməliyik. Onların fəaliyyəti isə əslində Rusiyanın imicinə və strateji maraqlarına uyğun deyil.
Çünki Kreml xarici siyasətində özünü eyni ilə ayı kimi aparır. Qarabağdakı sülhməramlılar işğalla məşğuldurlar. Beləliklə, rəsmi Moskva beynəlxalq aləmdəki imicini itirir.
Bundan sonra kimsə onunla tərəfdaş olmaq istəməyəcək. Deməli, hər şeydən əvvəl Rusiyanın iqtisadi maraqları zərbə altındadır. Həm də Ermənistan Rusiyaya nə fayda verəcək ki? Kreml Cənubi Qafqazda qalmaq istəyirsə, regionun ən aparıcı dövləti olan Azərbaycanla dil tapmalıdır”.
 T.Abbaslı, həmçinin rəsmi Bakının atmalı olduğu addımlar barədə də fikir bildirdi:
“Azərbaycan bəyannamə şərtlərinə əməl edilməməsinə dair sonuncu dəfə ultimatum verməlidir. Fayda verməzsə, məhz həmin məqamı əsas gətirərək bəyannamədən birtərəfli çıxmalı və anti-terror əməliyyatlarını davam etdirməlidir. Bizim üçün işğalçının kim olduğunun fərqi yoxdur. Biz Türkiyə, Pakistan, İsrail və digər qardaş dövlətlərin siyasi dəstəyi ilə hərbi əməliyyatlarımızı sonadək reallaşdırmalıyıq. Çünki Rusiya diplomatik dili başa düşmür”.