Son zamanlar Qarabağda baş verən proseslərin əsas ssenarisini Rusiya yazır- ŞƏRHbackend

Son zamanlar Qarabağda baş verən proseslərin əsas ssenarisini Rusiya yazır- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xankəndi aksiyası əslində ermənilərin son durumlarını çılpaqlığı ilə üzə çıxarır. Son zamanlar Qarabağda baş verən proseslərin əsas ssenarisini Rusiya yazır”.

Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib.


Onun sözlərinə görə, Vardanyanın bu ölkənin vətəndaşlığından imtina etməsi qurulan bu ssenarinin tərkib hissələrindən biridir:

“Şimal qonşumuz ikibaşlı oyununu oynamağa davam edir. İndiki mərhələdə bu oyunu ifşa etməyimiz əsas xətlərimizdən biri olmalıdır. Vardanyanın sayıqlamaları imitasiya xarakteri daşıyır. Başqa nə deməlidir? Artıq azərbaycanlıların Laçın yolunda keçirdikləri aksiyanın ciddi nəticələr vermə ərəfəsinə gəldiyini deməlidir? Xankəndi aksiyası düşünürəm ki, ermənilərin hansı vəziyyətə düşdüklərinin göstəricisi idi. Bütün “var-yoxları”nı meydana yığmışdılar. Əksinə bununla hər zaman olduğu kimi zavallı xalq görüntüsünü yaratmağa çalışırlar. Təbii ki, burada ikilistandartlardan çıxış edən beynəlxalq aləmin mövqeyi də az rol oynamadı. Bildiyiniz kimi, əksər beynəlxalq qurumlar, Qərb ölkələri Azərbaycan tərəfi “blokada” yaratmaqda günahlandırdı və bunu aradan qaldırmağa çağırış etdilər. Hesab edirəm ki, bunlar mənasız çağırışlardır. Tutduğumuz kursu davam etdirməli, bir sözlə “sükanı bərk saxlamalıyıq”.

Siyasi şərhçi ermənilərin Xankəndi aksiyasının necə təşkil olunmasına da toxundu: “Vardanyanın son günlərdə hələ də işğal altında qalan Qarabağ ərazilərinə səfər etməsi bu aksiyaya hazırlıq idi. Laçında yarım aydır davam edən vətəndaşlarımızın aksiyasına əks tərəfin bu cür cavab vermə cəhdi gözlənilən idi. Narahat olmağa dəyməz. Son çabalarıdır. Məlumatlar var ki, aksiyada hətta mülki geyimli hərbiçilərdən belə istifadə olunub. Böyük ehtimalla bu daha çox rus sülhməramlıları olublar. Vardanyanın rus vətəndaşlığından çıxarılmasında müsbət nələrsə deyil, hiyləgərlik elementləri axtarmaq lazımdır. Onu da bildirim ki, Qarabağın ən müxtəlif yerlərindən avtomobillərlə insanların Xankəndinə daşındığını sübut edən faktlar belə var. Belə aksiyaları yenə də təşkil edə bilərlər. Amma bununla heç nəyə nail olacaqlarını düşünmürəm”.

Partiya funksioneri Rusiya tərəfin Ermənistanla Azərbaycan arasında yeni bir müharibənin başlanmasında maraqlı olması barədə deyilən fikirlərlə razılaşmır:

“II Qarabağ savaşını unutmayaq. O zamankı Rusiya indikindən qat-qat güclü idi. Amma Azərbaycanın ərazilərinin böyük bir hissəsini azad etməsini qəbullanmalı oldu. İndi də eyni vəziyyətə düşə biləcəyini yaxşı bilir. Çünki Ukraynada vəziyyətinin yaxşı olmadığını görən Kreml Ermənistan-Azərbaycan arasında yeni müharibə başlarsa, proseslərə qatılsa özünə əlavə problemlər yarada biləcəyini bilməmiş deyil. Üstəlik ortada Türkiyə faktoru var. Qarşısında Azərbaycan tərəfindən çıxış edəcək qardaş ölkəmizi görəcəyinə tam əmindir. Onun üçün də şimal qonşumuz başlaya biləcək müharibə ehtimalının belə qarşısını almağa çalışacaq”.

/Safura Bənnayeva, Editor.az