Sorğu: Finlandiyalılar İsveç olmadan NATO-ya üzv olmağa hazırdırlarbackend

Sorğu: Finlandiyalılar İsveç olmadan NATO-ya üzv olmağa hazırdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyada keçirilən sorğuda cəmiyyətin yarısından çoxunun ittifaqa İsveçsiz qoşulmağa razı olduğu, İsveçin NATO-ya üzvlük məsələsinin son Quran yandırılmasından sonra müzakirə mövzusu olduğu ortaya çıxıb.

Editor.az bildirir ki, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verməsi ilə bağlı danışıqlar Qurani-Kərimin yandırılmasından sonra dalana dirənib.

Finlandiyanın “İlta-Sanomat” qəzetinin xəbərinə görə, qnalitik mərkəzlərindən birinin budəfəki rəy sorğusu ictimaiyyətin əksəriyyətinin İsveçsiz NATO-ya üzv olmağa hazır olduğunu göstərib. Respondentlərin 53 faizi bildirib ki, Finlandiya İsveçin alyansa üzvlük cədvəlinə sadiq qalmamalıdır. Digər tərəfdən, yüzdə 28-i ittifaqa üzvlük mövzusunda İsveçlə koordinasiyada irəliləmələri lazım olduğunu vurğulayarkən, yüzdə 19-u isə bu mövzuda heç bir fikri olmadığını bildirib.

Finlandiyanın baş naziri Sanna Marin isə bununla razılaşmır. Marin bu yaxınlarda Stokholmda keçirdiyi mətbuat konfransında deyib ki, iki ölkənin NATO-ya üzvlüklə bağlı birgə səyahəti əl-ələ verərək başladıqları kimi tamamlanmalıdır. İsveçin “problemçi” və “dəcəl uşaq” kimi göstərilməsinə qarşı olduğunu bildirən Marin hər iki ölkənin NATO-nun bütün tələblərini yerinə yetirdiyini qeyd edib.

//Gülnarə Abasova, Editor.az