Soros erməni lobbisini “qızışdırmaqla” nəyə nail olmağa çalışır?-Tural Abbaslıdan AÇIQLAMAbackend

Soros erməni lobbisini “qızışdırmaqla” nəyə nail olmağa çalışır?-Tural Abbaslıdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerikalı milyarder Corc Sorosun təsis etdiyi Açıq Cəmiyyətlər Fondunun “Twitter” səhifəsində Ermənistan-Azərbaycan sərhəddində atəşkəsi gücləndirmək üçün təcili addımlar atılması ilə bağlı çağırışı gözlənilən idi”.

Bu fikirləri Editot.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı bildirib.

Onun sözlərinə görə, Qarabağ məsələsində Beynəlxalq təşkilatların heç biri Azərbaycanın yanında olmayıb:

“Bunun səbəbi isə Azərbaycan bir çox kriteriyalara görə, beynəlxalq təşkilatların sahiblərinin maraqlarına uyğun ölkə deyil. Azərbaycan hazırkı dünya düzəninə qarşı çıxan Türkiyənin müttəfiqi və qardaş ölkəsidir .Təbii ki, Türkiyəyə olan münasibət Azərbaycana da siraət edir. Amma bu fondların hər zaman Azərbaycanın milli maraqlarına qarşı olduqları da məlumdur. Burada bir çox amillər var. Onlardan biri və ən əsası isə erməni lobbisinin fəaliyyəti nəticəsində Beynəlxalq təşkilatların Azərbaycana qarşı mövqeyi neqativdir”.

Tural Abbaslı qeyd edir ki, Azərbaycan illərlə təcavüzə məruz qalıb, ərazisi işğal edilib, Xocalı soyqırımı kimi bir faciə yaşanıb:

“Hələ də 4000-ə yaxın insanın taleyi bəlli deyil. Bütün bunları dünya ictimai birliyi, İnsan Hüquqları Təşkilatı görmür, amma Ermənistan və Azərbaycan arasında müəyyənləşməmiş sərhədlərdə baş verən münaqişədə Azərbaycanın əleyhinə mövqe tuturlar. Ermənilərin Sorosun çağırışına güvənib yeni təxribatlara əl atacaqlarına inanmıram. Bunlardan cəsarətlənib siyasi-iqtisadi baxımdan hansısa təxribatlara əl ata bilərlər, amma hərbi baxımdan bu baş tutmaz. Çünki hərbi mübarizə aparmaq üçün təkcə bəyanat deyil, silah, pul, əsgər lazımdır. Bunlarda artıq Ermənistanda tükənib. Biz də dünyaya xoş görünməyə çalışmamalıyq. Özümüzün milli və dövlət maraqlarımız nəyi tələb edirsə, onu da icra etməliyik. Azərbaycanın milli maraqları dünyanın maraqlarından öndə gəlməlidir”.

 //Safura Bənnayeva, Editor.az