Sorosdan sensasion çağırış: “O ölkənin lideri istefa verməlidir, çünki…”backend

Sorosdan sensasion çağırış: “O ölkənin lideri istefa verməlidir, çünki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

91 yaşlı milyarder Corc Soros Çin lideri Si Cinpinin istefa verəcəyinə ümid etdiyini bildirib.

Soros açıqlamasında Çin rəhbərliyini sərt ifadələrlə ittiham edib.

“Rəngli inqilablar”ı maliyyələşdirməsi tanınan investor və maliyyə spekulyatoru Corc Soros Stanford Universitetindəki çıxışında Çinlə bağlı mühüm açıqlamalar verib.

Cinpinin Kommunist Partiyasında daxili çəkişmələrin olduğunu iddia edən Soros Çin liderinin çoxlu düşmənlərinin olduğunu da bildirib.

“Sinin daxildə daha az təzyiq göstərən, xaricdə isə daha sülhsevər olan biri ilə əvəz olunması ümid edilir. Bu, bu gün azad cəmiyyətlərin üzləşdiyi ən böyük təhlükəni aradan qaldıracaq və azad cəmiyyətlər Çinin istənilən istiqamətdə hərəkət etməsi üçün əlindən gələni etməlidir”, – Soros Çində rejim dəyişikliyinə çağırıb.

Çinin “ən böyük təhlükə” olaraq görüldüyünü deyən Soros azad bazar islahatlarının təşəbbüskarı olan keçmiş Çin lideri Den Syaopindən fərqli olaraq, Sinin həqiqətən kommunizmə inandığını qeyd edib.

Soros həmçinin Sinin Mao Tszedun və Vladimir Lenini büt kimi gördüyünü bildirib.

Soros həmçinin cümə günü başlayacaq Pekin Qış Olimpiya Oyunlarını 1936-cı ildə Nasist Almaniyasında keçirilən Berlin Yay Olimpiya Oyunları ilə müqayisə edib.

Çini “dünyanın ən güclü avtoritar dövləti” və “açıq cəmiyyətlərin üzləşdiyi ən böyük təhlükə” adlandıran Soros deyib: “Çin Nasist Almaniyası kimi öz sərt nəzarət sistemi altında Pekin Qış Olimpiya Oyunlarının nümayişindən həzz alır”.

Teleqraf.com