Sosial mediada gündəm olan foto – İlham Əliyev, Mehriban Əliyeva, Sinan Oğan, Stoltenberq və Neçirvan Bərzani…backend

Sosial mediada gündəm olan foto – İlham Əliyev, Mehriban Əliyeva, Sinan Oğan, Stoltenberq və Neçirvan Bərzani…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi zamanı liderlər də öz aralarında danışıqlar aparıblar.

Azərbaycan prezidenti İlham Əliyev, Mehriban Əliyeva, Sinan Oğan, NATO-nun baş katibi Stoltenberq və İraq Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzaninin fotosu sosial mediada gündəm olub.

Prezident Kompleksində keçirilən mərasimə qatılan liderlər bir-biri ilə danışıqlar aparıblar.

Qeyd edək ki, mərasimdə 21 dövlət başçısı və 13 baş nazirlə yanaşı, Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla bir çox nazir və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Musavat.com