“Sosial müavinət, pensiya və maaşlardakı artım ikirəqəmli inflyasiyaya uyğun indeksasiya edilməlidir”-ŞƏRHbackend

“Sosial müavinət, pensiya və maaşlardakı artım ikirəqəmli inflyasiyaya uyğun indeksasiya edilməlidir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya bazarında baş verən müxtəlif proseslərlə əlaqədar olaraq xüsusilə ərzaq məhsulları üzrə ölkəmizdə də bahalaşma davam edir. Bu isə Azərbaycana inflyasiya idxalını labüd edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Elşən Bağırzadə deyib.

Ekspert vurğulayıb ki, Azərbaycandakı qiymət artımının müəyyən bir hissəsi xarici bazarlarla əlaqədardır:

“Əlbəttə prosesdə digər faktorların da rolu var, bunu müvafiq dövlət orqanları da etiraf edir. Ona görə artıq Azərbaycanda əmək haqları və ya pensiyaların məbləğı qaldırılmalı idi. Əgər ölkədə ikirəqəmli inflyasiya müşahidə olunursa, sosial müavinətlər, maaşların da buna uyğun indeksasiya edilməsi qaçılmazdır. Sosial istiqamətdəki artımlarda tələb və təklif arasındakı tarazlığı qoruyub saxlamaq lazımdır. Hədsiz artım bazarda tələbi ciddi şəkildə yüksəldə bilər. Bu da inflyasiyanı bir qədər körükləyən prosesdir. Sosial istiqamətdəki artımla əlaqədar hal-hazırda elan olunan rəqəmlər mövcud inflyasiyaya uyğunlaşma təşkil edir. Maaş, pensiya, sosial müavinətlərin bu həddə artımı ilə inflyasiyanın qarşısını almaq yox, sadəcə insanların həyat şəraitini bir qədər yaxşılaşdıra bilərik. Çünki artıq bir neçə aydır ki, Azərbaycanda inflyasiya ikirəqəmli həddə çatıb”.

//Gülnarə Abasova, Editor.az