Sosial paketin genişləndirilməsində qeyri-neft sektorunun rolu: “Dövlət büdcəsinə gəlirlərin artması..”-Millət vəkilindən ŞƏRHbackend

Sosial paketin genişləndirilməsində qeyri-neft sektorunun rolu: “Dövlət büdcəsinə gəlirlərin artması..”-Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sosial paketin genişləndirilməsi və bu istiqamətdə dövlət büdcəsindən daha çox vəsaitin ayrılması sosial sferada şəffaflığın gücləndirilməsinə xidmət edir. Bu, qeyri-rəsmi istiqamətlərə gedən vəsaitin kəskin şəkildə azalması, eyni zamanda, dövlət büdcəsinə gəlirlərin artması ilə bağlıdır. Dövlət büdcəsinə gəlirlərin artması sosial paketin maliyyələşdirilməsində əsas meyardır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, dövlət büdcəsində neftin payında son illər azalmalar, qeyri-neft sektorunun payında isə artım müşahidə olunur:

” Əgər 2015-ci ildə dövlət büdcəsi gəlirlərinin cəmi 20 faizi qeyri-neft sektorunun payına düşürsə, bu gün bu rəqəm artıq 50 faizə yaxındır. Bu isə o deməkdir ki, sosial paketin maliyyələşdirilməsində qeyri-neft sektorundan daxilolmalar xüsusi paya malikdir. Dövlət büdcəsi xərclərinin 15.2 milyard manatı 2023-cü ildə sosial istiqamətə yönəldiləcək. Bu, büdcə xərclərinin 46 faizi deməkdir. Beləliklə fiskal gəlirlərdə qeyri-neft sektorunun payının artması imkan verəcək ki, növbəti illərdə sosial paketlərin dərinləşməsi, sosial ödənişlərin artımı mümkün olsun”.

//Gülnarə Abasova, Editor.az