Sosial şəbəkə hesablarınız belə oğurlana bilər – XƏBƏRDARLIQbackend

Sosial şəbəkə hesablarınız belə oğurlana bilər – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kibercinayətkarların sosial şəbəkə istifadəçilərinə qarşı hücumları davam edir.

Kibercinayətkarlar istifadəçilərin sosial şəbəkə hesablarını, eləcə də kart məlumatlarını ələ keçirirlər.

Onlar gündəlik istifadə etdiyimiz sosial şəbəkələrdə saxta hesablar yaradaraq vətəndaşların mesaj bölmələrinə müxtəlif linklər göndərirlər. İstifadəçilərə hansısa yarışın qalibi olduqları, smartfon və ya pul mükafatı qazandıqları bildirilir. Sonra göndərdikləri linkə girib kart məlumatlarını daxil etmələri istənilir. Beləliklə, sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatları ələ keçirilir.

Mövzuya münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov deyib ki, belə hallara son vaxtlar daha çox İnstaqram üzərindən rast gəlinir.

O qeyd edib ki, vətəndaşlara belə mesajlar göndərildiyi halda onlar Daxili İşlər Nazirliyi və ya nazirliyin İnstaqramdakı “Polis Azərbaycan” səhifəsi ilə əlaqə yarada bilərlər.(Xezerxeber.az)