Sosial şəbəkələrdə şəhidlərimiz barədə saxta xəbərlər yayan şəxslər müəyyən olundular – RƏSMİbackend

Sosial şəbəkələrdə şəhidlərimiz barədə saxta xəbərlər yayan şəxslər müəyyən olundular – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb.

DİN-in Mətbuat Xidmətindən Editor.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunublar.

Onlar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür: “Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyətə yaradır”.