Şou-biznesimizin zövqsüz xanımları – Qalmaqal qopdubackend

Şou-biznesimizin zövqsüz xanımları – Qalmaqal qopdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stilist Elnur Həsənov şou-biznesdəki geyiminə görə tənqid edilən sənət adamlarının adlarını açıqlayıb.

O, bu haqda “Deməsəm olmaz” verilişində danışıb. Elnur proqramdakı tərəf müqabili, jurnalist Zəhra Əhmədovanın “Şou-biznesin 5 ən zövqsüz xanım ifaçısının adını açıqla” sualına belə cavab verib:

“Birinci sırada Elnarə Xəlilovadır. İkinci Manana. Hazırda zövqünü bəyənmirəm. Gözəl xanımdır, amma geyimini sevmirəm. Ayrı ayrılqıda paltarlar qəşəngdir, məsələn, gödəkcəsi, ayaqqabısı, tulumu yaxşıdır. Amma onları birlikdə uyğunlaşdıra bilmir.

Üçüncü Elnarə Abdullayevadır. Ola bilsin eşitsə, deyəcək, geyimlə gündəmə gəlmirəm. Dördüncü isə Damladır”.

Elnur beşinci adı daha sonra açıqlayacağını bildirib.

//axsam.az