Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, sovet dövründən qalma sərhədləri tərk etmək respublika üçün təhlükəlidir.
Onun fikrincə, əgər vətəndaşlar beynəlxalq səviyyədə tanınmış əraziləri tanımazsa, o zaman Ermənistan “qapılarını başqalarının üzünə açacaq”. “SSRİ dövründən qalma xəritələrdən imtina dövlətçilikdən və müstəqillikdən imtina demək ola bilər, çünki biz Sovet Ermənistanı ərazisində müstəqillik əldə etdik və beynəlxalq birlik bizi belə tanıdı”, – deyə Paşinyan Facebook-da yazıb.
Onun fikrincə, beynəlxalq səviyyədə tanınmış əraziyə sadiqlik ölkənin təhlükəsizliyi üçün vacibdir və “bufer” rolunu oynayır.
//Samir Qurbanov, Editor.az