Sovet əsgərlərinin məzarları başqa yerə köçürüləcəkbackend

Sovet əsgərlərinin məzarları başqa yerə köçürüləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva Seymi (parlamenti) sovet əsgərlərinin məzarlıqlarının başqa yerlərə köçürülməsi imkanını təsdiqləyib.

Müvafiq qanun layihəsinə dünən, iyunun 13-də keçirilən plenar iclasda baxılıb. Təşəbbüsün lehinə 89 deputat səs verib, 5 deputat bitərəf qalıb. Əleyhinə səs verən olmayıb. Layihədə deyilir: “Bu cür dəfnlər totalitar, avtoritar rejimləri və onların ideologiyasının təbliği vasitəsi kimi tanınsa, onlara mühafizə tətbiq edilməyəcək”.

Belə obyektlərin totalitar simvol olub-olmaması Litva Sakinlərinin Soyqırımı və Müqavimətinin Öyrənilməsi Mərkəzində idarələrarası komissiya tərəfindən həll edilməlidir. Hər bir konkret hal üzrə ayrıca qərar veriləcək.

//Samir Qurbanov, Editor.az