Soyğunçuluqda təqsirli bilinən erməni Rusiyada DEPUTAT OLDUbackend

Soyğunçuluqda təqsirli bilinən erməni Rusiyada DEPUTAT OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Soçi şəhərindəki erməni diasporunun rəhbəri Sos Martirosyan cinayətə görə məhkumluğuna baxmayaraq, şəhər deputatı seçilib.

Seçki nəticələrinə görə, sui-qəsd yolu ilə soyğunçuluğa görə əvvəllər məhkum edilmiş Martirosyan öz dairəsində 30,93 faiz səslə qalib gəlib.

Rusiya mətbuatı xəbər verir ki, Martirosyan müsahibəsində bildirib: “Soçidəki erməni diasporu siyasət və sosial inkişafla bağlı heç bir fərqli baxışa malik deyil. Təşkilat Ermənistanla əlaqələrin qurulması və erməni xalqının kimliyi ilə mədəni dəyərlərinin qorunması məqsədilə fəaliyyət göstərir”.

Musavat.com