Soymağa çalışdığı qadın döyüşçü çıxdı – Həyatının şokunu yaşadıbackend

Soymağa çalışdığı qadın döyüşçü çıxdı – Həyatının şokunu yaşadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
UFC döyüşçüsü Polyana Viana kartondan hazırladığı silahla onu soymağa çalışan şəxsi döyərək tanınmaz hala salıb. 
Editor.az Milli.Az-a istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı idmançı Rio de Janeyroda evinin önündə durarkən yanına gənc bir oğlan yaxınlaşıb. Öncə saatı soruşan şübhəli sonra silahı var kimi davranaraq mobil telefonu və üzərindəki dəyərli əşyaları verməsi üçün UFC döyüşçüsü Viananı təhdid edib.
Ancaq soymağa çalışdığı şəxsin məşhur döyüşçü olduğunu bilməyən oğlan ölümcül hala salınıb. Cinayətkarı döyən Viana isə hadisə yerində polisin gəlməyini gözləyib.
Polislərə təhvil verilən şəxs polis bölməsindən öncə müayinə məqsədi ilə xəstəxanaya aparılıb.