Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Sergey Şoyqunun ictimaiyyətə görünməməsinin səbəbini açıqlayıb. Rusiya ordusunun Ukraynadakı hərbi əməliyyatlarda uğurları ilə bağlı sualı isə Peskov Müdafiə Nazirliyinə yönləndirib.
Bu barədə Editor.az “Kommersant”a istinadən xəbər verir.
“Onun çox işi var, indi media fəaliyyətinin vaxtı deyil. Agentlik nəşrini dinləmək lazım deyil” – prezidentin mətbuat katibi belə deyib.
Xatırladaq ki, bundan əvvəl “Agentlik” Media Layihəsi diqqəti Müdafiə Nazirliyi rəhbərinin sonuncu dəfə martın 11-də ictimaiyyət qarşısına çıxmasına yönəltmişdi. O zaman Müdafiə Nazirliyi hərbi hospitalda cənab Şoyqunun Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən rus hərbçilərinə dövlət mükafatlarını təqdim etdiyi videonu dərc etmidi. Martın 18-də isə Kreml bildirib ki, cənab Şoyqunun Təhlükəsizlik Şurası daimi üzvlərinin iclasında iştirak edib, lakin video və fotolar dərc olunmayıb.
Editor.az

