Şoyqu Rusiyanın ABŞ-la strateji dialoqa hazır olduğunu elan edibbackend

Şoyqu Rusiyanın ABŞ-la strateji dialoqa hazır olduğunu elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ABŞ-la strateji dialoqu bərpa etməyə hazırdır.

Bu barədə TASS-a müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu bildirib.

“Təhlükəsizliyə təsir edən bütün amilləri hərtərəfli nəzərdən keçirsək, bizim üçün müzakirə mümkündür. Onların əhatə dairəsi genişdir və NATO-nun genişlənməsi, qlobal raketdən müdafiə sisteminin qurulması, quruda yerləşən orta və qısa mənzilli raketlərin yerləşdirilməsi məsələlərini əhatə edir”, – o vurğulayıb.

Rəsmi həmçinin bildirib ki, Qərb ABŞ prezidenti Donald Trampın administrasiyası hakimiyyətə gəldikdən sonra da Asiya-Sakit okean regionunda hərbi təsirini artırmaqda fəal olub.

Şoyqu “qərbliləri” Tayvanı hərbiləşdirməkdə və Koreya yarımadasında təxribatlar törətməkdə ittiham edib. Şoyqu həmçinin xatırladıb ki, Donald Trampın ABŞ-dakı ikinci müddətinin əvvəlində Vaşinqton Asiya-Sakit Okean regionunda “kollektiv güc proqnozu” strategiyasının həyata keçirilməsində yardım istəyi ilə NATO müttəfiqlərinə müraciət edib.

//Gülnarə Abasova, Editor.az